"Qida Təhlükəsizliyi" Simpoziumu keçiriləcək
9 Aprel 2024 17:18
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində AQTA və ADA Universitetinin birgə təşkilatçılığı ilə "Qida Təhlükəsizliyi" Simpoziumu təşkil ediləcək.
Aprelin 26-sı saat 09:30-da ADA Universitetində başlayacaq tədbirdə “Şəkərin insan sağlamlığına təsiri” və “Şəkər istehlakının azaldılması yolları” mövzularında panellər təşkil olunacaq. Panellərdə AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Ramazan Nəbiyev, Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin müdiri Deniz Ercan, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini, həkim Nabil Seyidov, Azərbaycan Tibb Universitetinin Uşaq yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrası müdiri, t. e. n. Şəhla Balayeva, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin psixi sağlamlıq və psixososial dəstək və qeyri-infeksion xəstəliklər üzrə proqramların rəhbəri Dr. Elturan İsmayılov, Nutrisiologiya və Diyetologiya Assosiasiyasının sədri, həkim-diyetoloq İlqar Şamilov, həkim-pediatr Qoşqar İsmayılov, həkim-diyetoloq Tutu Zeynalova, qida üzrə mütəxəssis Fərid Səfərov və araşdırmaçı, marketinq eksperti Orxan Şahbaz çıxış edəcək, müvafiq mövzular ətrafında müzakirələr aparılacaq.
Simpoziumda panel və müzakirələrdə iştirak etmək istəyən dinləyicilərin iştirakına şərait yaradılacaq. Panel müzakirələrdə iştirak etmək istəyənlər, 22 aprel saat 17:00-dək https://forms.gle/7GTDAkSUXc2tEo546 linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. İştirakı təsdiqlənən şəxslərlə əlaqə saxlanılacaq.
Qeyd edək ki, “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşulanların sayının artması ilə yanaşı, Agentlik bu məsələ ilə əlaqədar aparılan təbliğat-təşviqat işlərini də genişləndirir. Maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur. Həmçinin məktəbəqədər, ümumi və ali təhsil müəssisələrində görüşlər keçirilir, iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulur.
Oxşar xəbərlər
Qablaşdırılmış içməli su emalı müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Daxil olan vətəndaş müraciəti əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən “Məray su” əmtəə nişanlı qablaşdırılmış içməli su emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.
AQTA COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqləri davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar nəzarət tədbirlərini davam etdirir.
AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirir.