Naxçıvan Muxtar Respublikası ərazisindəki balıqçılıq subyektlərində epizootoloji monitorinq keçiriləcək
8 Aprel 2024 16:07
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının siyahısına daxil edilmiş, həmçinin beynəlxalq ticarət üçün vacib olan balıqların infeksion və invazion xəstəliklərinə qarşı Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bəzi balıqçılıq subyektlərində epizootoloji monitorinq keçiriləcək.
Cari ilin 17-19 aprel tarixlərində keçiriləcək monitorinqdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri iştirak edəcəklər.
Monitorinq zamanı laborator nümunələr götürülərək müayinələrin aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına təqdim olunacaq.
Monitorinq çərçivəsində epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək.
Oxşar xəbərlər
Heyvanların identikləşdirilməsi mövzusunda görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi işlərinin aparılması mövzusunda Şamaxı rayonunda yerləşən heyvandarlıq təsərrüfatlarının sahibləri və fermerlərlə interaktiv görüş keçirib.
27 aprel - Beynəlxalq Baytar Həkimi Günüdür
27 aprel - Beynəlxalq Baytar Həkimi Günüdür. Dünya Baytarlıq Günü də adlandırılan bu gün Azərbaycanda fəaliyyət göstərən baytar həkimlər tərəfindən qeyd olunur.
Bruselyoz xəstəliyinə tutulmuş heyvanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi zoonoz xəstəliklərin izlənilərək ölkədə bruselyoza qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi üçün məqsədyönlü mübarizə tədbirləri həyata keçirir.